Rusiyanın Kuban vilayətinə dron hücumu zamanı 3 nəfər ölüb

Rusiyanın Kuban vilayətinə dron hücumu zamanı 3 nəfər ölüb

03.08.2026 Off By Füzuli İsmayılov

Rusiyanın Krasnodar diyarının Gelencik kurort şəhərinin Arxipo-Osipovka kəndinə dron hücumu nəticəsində üç nəfərin öldüyü bildirilir.

Hakimiyyet.info.az xəbər verir ki, bu barədə Kuban vilayətinin qubernatoru Veniamin Kondratyev məlumat verib.

Onun sözlərinə görə, dron hücumu zamanı 13 nəfər, o cümlədən bir neçə uşaq yaralanıb. Onların hamısına lazımi tibbi yardım göstərilir.

Qubernator qeyd edib ki, vurulan dron qalıqlarının təsir etdiyi yerlərdə təcili yardım və xüsusi xidmət orqanları işləyir.

Share