TƏBİB: İyulda sudaboğulma ilə bağlı 22 müraciət qeydə alınıb

TƏBİB: İyulda sudaboğulma ilə bağlı 22 müraciət qeydə alınıb

03.08.2026 Off By Füzuli İsmayılov

Cari ilin iyul ayında Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə sudaboğulma hadisələri ilə əlaqədar ümumilikdə 22 müraciət daxil olub.

Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən məlumat verilib.

Bildirilib ki, daxil olan müraciətlər üzrə 10 nəfər tibb müəssisələrinə hospitalizasiya edilib, 5-nə yerində tibbi yardım olunub, 7-nin isə həkiməqədər ölüm faktı qeydə alınıb.

Share