Xətai rayonunun bəzi küçələrinin təbii qaz təchizatında fasilə yaranıb
03.08.2026Aşkar olunmuş təbii qaz sızmasının aradan qaldırılması ilə əlaqədar avqustun 3-də saat 11:30-dan etibarən Xətai rayonunun M.Hadi, X.Məmmədov, K.Kərimov və Cavanşir küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranıb.
“Azəriqaz” İB-dən AZƏRTAC-a bildirilib ki, təbii qazın verilməsi yaxın saatlarda bərpa olunacaq.











