Füzulidə açıq ərazidə yanğın baş verib

Füzulidə açıq ərazidə yanğın baş verib

03.08.2026 Off By Füzuli İsmayılov

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112″ qaynar telefon xəttinə Füzuli rayonunun Böyük Bəhmənli kəndi istiqamətində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Əlavə məlumat veriləcək.

Share