İran Ukraynaya hücum etmək fikrindən daşınıb: Səbəb açıqlanıb
04.08.2026Tehran Ukrayna Silahlı Qüvvələrinin Xəzər dənizində İran gəmisinə endirdiyi zərbəyə cavab olaraq Ukraynadakı hədəflərə hücum etməyi planlaşdırırmış. Lakin Kiyevin rəsmi üzr istəməsindən sonra İran bu qərarından imtina edib.
Hakimiyyet.info.az “Press TV” telekanalına istinadla xəbər verir ki, bu barədə İranın Ali Liderinin hərbi müşaviri Möhsün Rzayi məlumat verib.
Onun sözlərinə görə, Tehran əvvəlcə Ukraynadakı üç müxtəlif hədəfə zərbə endirməyi nəzərdə tuturmuş, ancaq yaranan vəziyyət fonunda plan ləğv olunub.











