Ukrayna dronlarının hücumu Xerson bölgəsini işıqsız qoyub

Ukrayna dronlarının hücumu Xerson bölgəsini işıqsız qoyub

04.08.2026 Off By Füzuli İsmayılov

Ukrayna pilotsuz uçuş aparatlarının hücumu nəticəsində Xerson vilayətinin bir neçə rayonunda elektrik təchizatında qismən fasilələr yaranıb.

Hakimiyyet.info.az xəbər verir ki, bu barədə bölgənin qubernatoru Vladimir Saldo özünün sosial media hesabında məlumat verib. Onun sözlərinə görə, mütəxəssislər hazırda elektrik enerjisinin verilişinin bərpası istiqamətində zəruri işlər aparırlar.

Qeyd edək ki, bazar ertəsi günü Zaporojye vilayətinin qubernatoru Yevgeni Balitski də bölgənin bir hissəsində elektrik enerjisinin kəsildiyini bildirib, lakin fasilənin səbəbini açıqlamayıb.

Share