Şahbuzda zəlzələ olub

Şahbuzda zəlzələ olub

04.08.2026 Off By Füzuli İsmayılov

Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda zəlzələ baş verib.

Bu barədə AZƏRTAC-a Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.

Bildirilib ki, yerli vaxtla saat 11:54-də qeydə alınan yeraltı təkanın maqnitudası 3, dərinliyi isə 7 kilometr olub.

Zəlzələ episentrdə 3 bala qədər hiss edilib.

Share