Almaniyada sığınacaq üçün ilk müraciətlərin sayı iyulda iki dəfəyədək azalıb
04.08.2026Almaniyada sığınacaq üçün ilk müraciətlərin sayı azalmaqda davam edir.
Hakimiyyet.info.az “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, iyulda ölkədə 4311 ilkin sığınacaq müraciəti qeydə alınıb. Bu, ötən ilin eyni ayı ilə müqayisədə 48 faiz azdır. Ötən ilin iyulunda 8293 nəfər ilk dəfə sığınacaq üçün müraciət edib.
Azalma digər dövrlərdə də qeydə alınıb. Federal Miqrasiya və Qaçqınlar İdarəsinin (BAMF) məlumatına əsasən, bu ilin birinci yarısında ölkədə 39 min 646 ilkin sığınacaq müraciəti qeydə alınıb. Ötən ilin müvafiq dövründə 72 min 818 belə müraciət edilib.
Qeyd edək ki, uzun illər davam edən müzakirələrdən sonra iyunda Avropa İttifaqının yeni sığınacaq islahatı qüvvəyə minib. İslahatın məqsədi Aİ-yə yönələn sığınacaq müraciətlərinin sayını azaltmaq, xarici sərhədlərdə vahid prosedurlar tətbiq etmək və əsaslandırılmamış müraciətlər üzrə miqrantların birbaşa sərhəddən geri qaytarılması mexanizmini gücləndirməkdir.











