Bu ilin birinci yarımilində Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən rəylərin sayı açıqlanıb

Bu ilin birinci yarımilində Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən rəylərin sayı açıqlanıb

05.08.2026 Off By Füzuli İsmayılov

Cari ilin birinci yarımili ərzində Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 11 min 894 rəy və arayış verilib.

Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, bu ilin I yarımili üzrə aparılmış təhlil göstərir ki, audio və videoyazıların məhkəmə ekspertizası, məhkəmə-trasoloji, məhkəmə partlayış-texniki, məhkəmə-portret, kompüter-texniki və materialların məhkəmə ekspertizasına dair işlərin sayı artıb.

Həmçinin qeyd edilib ki, 2026-cı ilin birinci yarımili ərzində yerli qurumların icraatına 276 min 692 icra sənədi daxil olub.

Share