“Uraldronzavod”un rəhbəri avtomobilin partlaması nəticəsində xəsarət alıb
05.08.2026“Uraldronzavod”un FPV tipli “Upır” dronlarını istehsal edən baş direktoru Vladimir Tkaçuk Sverdlovsk vilayətinin Bolşoy İstok qəsəbəsində avtomobilin partlaması nəticəsində ağır xəsarətlər alıb.
Hakimiyyet.info.az xəbər verir ki, operativ xidmətlərin məlumatına görə, o, hazırda ağır vəziyyətdə reanimasiya şöbəsindədir.
Onunla birlikdə avtomobildə olan sürücü həlak olub.
Baş vermiş hadisə ilə bağlı ümumi təhlükə yaradan üsulla törədilmiş qəsdən adamöldürməyə cəhd maddəsi üzrə cinayət işi başlanıb. Partlayışın başvermə şəraiti araşdırılır.











