FHN küləkli hava şəraiti ilə əlaqədar çimərliklərə üz tutan vətəndaşlara müraciət edib

FHN küləkli hava şəraiti ilə əlaqədar çimərliklərə üz tutan vətəndaşlara müraciət edib

06.08.2026 Off By Füzuli İsmayılov

Fövqəladə Hallar Nazirliyi (FHN) küləkli hava şəraiti ilə əlaqədar çimərliklərə üz tutan vətəndaşlara müraciət ünvanlayıb.

Hakimiyyet.info.az FHN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, gün ərzində Bakıda və Abşeron yarımadasında küləkli hava şəraitinin müşahidə ediləcəyini nəzərə alaraq, nazirlik küləkli havada dənizə girməyin təhlükəli olduğunu bir daha xatırladıb və vətəndaşları müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırıb.

“Unutmayın ki, qaydalara biganəlik həyatımıza təhlükədir! Təhlükə zamanı 112-yə zəng edin!”, – deyə müraciətdə bildirilib.

Share