Ümumi orta təhsil bazasında kolleclərə qabiliyyət imtahanlarında müsbət nəticə göstərənlərin payı 55,4 faizə yüksəlib

Ümumi orta təhsil bazasında kolleclərə qabiliyyət imtahanlarında müsbət nəticə göstərənlərin payı 55,4 faizə yüksəlib

06.08.2026 Off By Füzuli İsmayılov

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin qabiliyyət imtahanlarında uğur göstəricisi yüksəlib.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, 9 illik təhsil bazası üzrə qabiliyyət imtahanlarında iştirak üçün qeydiyyatdan keçmiş abituriyentlərin sayı ötən illə müqayisədə 8,8 faiz azalaraq 2 143 nəfərdən 1 954 nəfərə enib. Buna baxmayaraq, müsbət nəticə göstərənlərin payı 2025-ci ildəki 53,9 faizdən bu il 55,4 faizə yüksəlib.

Share