Qubada 3 avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
06.08.2026Quba rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Bakı–Quba avtomobil yolunun Qubanın Pirvahid kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Qəza zamanı “Shacman” markalı yük avtomobili “KİA” və “Toyota Prius” markalı minik avtomobilləri ilə toqquşub.
İlkin məlumata görə, zəncirvari qəzada 1-i uşaq olmaqla, 5 nəfər xəsarət alıb.
Yaralılar Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.











