Ağstafada 35 yaşlı kişi bıçaqlanıb
06.08.2026Ağstafada bıçaqlanma hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, hadisə rayon mərkəzində qeydə alınıb.
1991-ci il təvəllüdlü B.Hüseynov bir neçə bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib. Həkimlərin bildirdiyinə görə, 35 yaşlı kişinin vəziyyəti ağırdır.
Hadisənin hansı şəraitdə baş verdiyi isə hələ məlum deyil.
Faktla bağlı polis araşdırma aparır.











