DSMF-nin sədri Tovuzda vətəndaşların müraciətlərini dinləyəcək

DSMF-nin sədri Tovuzda vətəndaşların müraciətlərini dinləyəcək

06.08.2026 Off By Füzuli İsmayılov

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Zəka Mirzəyev avqustun 21-də saat 11:00-da Tovuzda rayon sakinlərini qəbul edəcək.

Bu barədə AZƏRTAC-a DSMF-dən məlumat verilib.

“Pensiya, sosial müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı və fərdi uçotla bağlı sualınız varsa, avqustun 13-dək fondun Tovuz rayonunda yerləşən Qazax-Tovuz Regional Filialına müraciət etməklə və ya (055) 912-34-22 telefon nömrəsinə zəng edib, dsmf_vqrsbid@sosial.gov.az elektron ünvanına yazıb, eləcə də DSMF-nin sosial şəbəkə hesabları vasitəsilə müraciət edib qeydiyyatdan keçməklə qəbula yazıla bilərsiniz”, – deyə məlumatda vurğulanıb.

Share