Mingəçevirdə suvarma kanalında batan şəxsin meyiti sudan çıxarılıb

Mingəçevirdə suvarma kanalında batan şəxsin meyiti sudan çıxarılıb

06.08.2026 Off By Füzuli İsmayılov

Avqustun 4-də Mingəçevir şəhərinin ərazisində, Qarabağ suvarma kanalında batan 2012-ci il təvəllüdlü Nicat Yalçın oğlu Şərifzadənin meyiti tapılıb.

Bu barədə AZƏRTAC-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, meyit FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən suda tapılıb və çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Share