“Qarabağ” “Dinamo” ilə oyunda fasiləyə məğlub yollanıb

“Qarabağ” “Dinamo” ilə oyunda fasiləyə məğlub yollanıb

06.08.2026 Off By Füzuli İsmayılov

UEFA Konfrans Liqası çərçivəsində Polşanın Lublin şəhərində Ukraynanın “Dinamo” (Kiyev) və Azərbaycanın “Qarabağ” komandaları arasında keçirilən III təsnifat mərhələsində ilk oyununda birinci hissə başa çatıb.

Hakimiyyet.info.az xəbər verir ki, “Lublin Arena”da oynanılan qarşılaşmada Ağdam təmsilçisi fasiləyə 0:1 hesabı ilə məğlub yollanıb. Yeganə qolu 10-cu dəqiqədə Matvey Ponomarenko vurub.

Görüşü danimarkalı FIFA referisi Morten Kroq idarə edir.

Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 13-də Bakıda təşkil olunacaq.

21:00

UEFA Konfrans Liqası çərçivəsində Polşanın Lublin şəhərində Ukraynanın “Dinamo” (Kiyev) və Azərbaycanın “Qarabağ” komandaları arasında III təsnifat mərhələsinin ilk oyunu başlayıb.

Hakimiyyet.info.az xəbər verir ki, “Lublin Arena”da keçirilən qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürüb. Görüşü danimarkalı FIFA referisi Morten Kroq idarə edir.

Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 13-də Bakıda təşkil olunacaq.

Share