İmişlidə traktorun altında qalan uşaq ölüb
07.08.2026İmişlidə azyaşlı uşağın ölümü ilə nəticələnən hadisə baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, axşam saatlarında rayonun Rəsullu kəndi ərazisində 5 yaşlı Ö.Xəlilov velosipedlə hərəkət edərkən M.Mustafayevin idarə etdiyi traktorun altında qalıb. Ağır xəsarət alan uşaq ölüb.
Bildirilir ki, traktoru idarə edən şəxs ölən uşağın dayısı olub.
Faktla bağlı araşdırma aparılır.











