21 yaşlı gənc “Yeni Xan qızı” kanalında batıb
07.08.2026Ötən gün “Yeni Xan qızı” kanalının Beyləqan rayonu, Birinci Şahsevən kəndindən keçən hissəsində 1 nəfər batıb.
FHN-dən AZƏRTAC-a bildirilib ki, nazirliyin “112″ qaynar telefon xəttinə bu barədə məlumat daxil olduqdan sonra dərhal Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb edilib.
Hazırda 2005-ci il təvəllüdlü Əhmədov Amin Zamir oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.











