Enerji auditoru ixtisas attestatının əldə edilməsi məqsədilə növbəti attestasiya elan edilir
07.08.2026Energetika Nazirliyi enerji auditoru ixtisas attestatının əldə edilməsi məqsədilə təsərrüfat subyektlərində, həmçinin binalarda (qurğularda) enerji auditinin həyata keçirilməsi ixtisas kateqoriyaları üzrə attestasiya elan edir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, attestasiya təsərrüfat subyektlərində enerji auditinin keçirilməsi ixtisas kateqoriyası üzrə sentyabrın 17-də saat 12:00-da, binalarda (qurğularda) enerji auditinin keçirilməsi ixtisas kateqoriyası üzrə isə sentyabrın 18-də saat 12:00-da Energetika Nazirliyində keçiriləcək.
Son müraciət tarixi: 01.09.2026-cı il
Attestasiyada iştirakı təsdiq edilmiş namizədlər və namizəd qismində müraciət edəcək şəxslər əlavə məlumatları aşağıdakı mənbələrdən əldə edə bilərlər:
- Attestasiya Proqramı (təsərrüfat subyektləri üzrə)
- Attestasiya Proqramı (binalar (qurğular) üzrə)
- Bələdçi
- İxtisas Attestatının əldə edilmə qaydası
Ünvan: Bakı şəhəri, Ü.Hacıbəyli küçəsi, 84, Hökumət Evi, 4-cü giriş, 9-cu mərtəbə, AZ1000
Qeyd: Namizədlər attestasiyanın keçiriləcəyi yerə 15 dəqiqə öncədən yaxınlaşmalı və şəxsiyyətini təsdiq edən sənədi təqdim etməlidirlər.
Əlaqə: 598-16-53/54/55 (daxili 1057)











