RF Müdafiə Nazirliyi: Rusiya səmasında 200-dən çox dron məhv edilib
07.08.2026Avqustun 7-si gecəsi RF hava hücumundan müdafiə sistemləri ölkənin bölgələri və Qara dəniz üzərində Ukraynanın 203 dronunu məhv edib.
Hakimiyyet.info.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Wildberries” şirkətinin mətbuat xidməti Yekaterinburqdakı logistika mərkəzinə dron hücumunun yanğına səbəb olduğunu bildirib. Yanğınsöndürənlər hadisə yerindədirlər.
Qeyd olunub ki, hadisədən əvvəl obyektdəki işçilər təxliyə edilib, malların çatdırılması və qəbulu müvəqqəti olaraq məhdudlaşdırılıb və onlar digər logistika obyektlərinə yönləndirilib.
Rusiya Federasiyası Prezidentinin Ural federal dairəsindəki səlahiyyətli nümayəndəsi Artyom Joqa anbardan təxminən 800 nəfərin təxliyə edildiyini bildirib.











