Bu ilin ilk yarısında işğaldan azad edilmiş ərazilərdə 340 layihə icra edilib

Bu ilin ilk yarısında işğaldan azad edilmiş ərazilərdə 340 layihə icra edilib

07.08.2026 Off By Füzuli İsmayılov

Birinci yarımildə Böyük Qayıdış proqramı üzrə 340 layihə icra edilib.

Hakimiyyet.info.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu layihələrin icrasına 1 milyard 64,1 milyon manat xərclənib.

Hesabat dövründə Böyük Qayıdış proqramı üzrə icra edilmiş layihələrin 76-sı nəqliyyat, 182-si sosial, 36-sı su təsərrüfatı və meliorasiya, 11-i energetika və sənaye, 19-u müdafiə və hüquq-mühafizə, 16-sı isə sair layihələr olub.

Hesabat dövründə nəqliyyat sektoru layihələrinin icrasına 505,2 milyon manat (icra 48 faiz), sosial layihələrin icrasına 400,5 milyon manat (23 faiz), su təsərrüffatı və meliorasiya layihələrinin icrasına 7,6 milyon manat (3 faiz), energetika və sənaye layihələrinin icrasına 15,4 milyon manat (11 faiz), müdafiə və hüquq-mühafizə layihələrinin icrasına 60,3 milyon manat (42 faiz), sair layihələrin icrasına 75,2 milyon manat (31 faiz) vəsait xərclənib.

Share