Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib 

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib 

07.08.2026 Off By Füzuli İsmayılov

Laçın şəhərində yaşayış evlərinin yaxınlığındakı kol-kosluq sahədə yanğın baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Qorxmaz Eyvazov küçəsində qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Laçın Rayon Dövlət Yanğından Mühafizə hissəsinin texnikaları və canlı qüvvəsi cəlb olunub. Alov söndürülüb, ətraf ərazilərə keçməsinin qarşısı alınıb və yaxınlıqdakı yaşayış yerləri yanğından mühafizə olunub. Hadisə zamanı 200 kvadratmetrə yaxın sahədə quru ot və kol-kos yanıb.

Share