Qobustanda avtomobil dirəyə çırpıldı: sürücü həyatını itirdi
08.08.2026Qobustanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun Təklə kəndi ərazisində hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq elektrik dirəyinə çırpılıb. Qəza nəticəsində sürücü, 27 yaşlı Emil Əmralıyev hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.











