İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq
08.08.2026İspaniya hökuməti İtaliyadan gələn səyahətçilər üçün liman və hava limanlarında müvəqqəti olaraq daxili sərhəd nəzarəti tətbiq etmək qərarına gəlib.
Hakimiyyet.info.az xəbər verir ki, bu barədə “El País” qəzeti məlumat yayıb. Nəşrin məlumatına görə, nəzarət tədbirləri avqustun 8-də qüvvəyə minəcək və səyahətçilərin şəxsiyyət sənədlərinin və vətəndaşlığının yoxlanılmasını əhatə edəcək. Bu yoxlamalar təsadüfi şəkildə aparılacaq və sentyabrın 7-nə qədər qüvvədə qalacaq.











