Aqrar sığorta üzrə müstəqil ekspert sertifikatı üçün test imtahanı təşkil edilib

Aqrar sığorta üzrə müstəqil ekspert sertifikatı üçün test imtahanı təşkil edilib

09.08.2026 Off By Füzuli İsmayılov

Avqustun 9-da aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyənlər üçün test imtahanı təşkil olunub.

Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildirilib ki, imtahan elektron formada keçirilib.

Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin DİM-in saytına yerləşdiriləcək.

İmtahanda 15 nəfər iştirak edib. 4 nəfər uğur qazanaraq müstəqil ekspert sertifikatı əldə edib.

İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası avqustun 10 – 11-də saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin əsas inzibati binasında (Bakı şəhəri, Nəsimi rayonu, Ak., Həsən Əliyev küçəsi, 299) fəaliyyət göstərəcək.

Share