Cəlilabadda transformator partlayıb, ətraf ərazidə yanğın baş verib

Cəlilabadda transformator partlayıb, ətraf ərazidə yanğın baş verib

10.08.2026 Off By Füzuli İsmayılov

Cəlilabad rayonunun Uzuntəpə kəndində elektrik transformatorunda partlayış baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə kənd ərazisində yerləşən elektrik transformatorunda qeydə alınıb.

Qəfil partlayışdan sonra transformator və ətraf ərazidə yanğın yaranıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Görülən tədbirlər nəticəsində yanğının ətraf ərazilərə yayılmasının qarşısı alınıb. Hadisə ilə əlaqədar ətraf ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranıb.

Partlayışın səbəbləri araşdırılır.

Share