İsrail Livanın cənubuna hücumlarını davam etdirir
10.08.2026İsrail Livanın cənubundakı 3 fərqli məntəqəyə hücum edib.
Hakimiyyet.info.az xarici mediaya istinadən xəbər verir ki, İsrail hərbi qüvvələri Kfar Tebnit kəndini bombalayıb, Nəbatiyyə əl-Fövqa şəhərinin ətraf ərazilərini artilleriya atəşinə tutub və əl-Mənsuri şəhərinə isə zərbələr endirib.
Bu hücumların hər hansı insan tələfatına səbəb olması ilə bağlı isə məlumat yoxdur.











