“Trabzonspor” heyətinə daha bir ulduz futbolçu qatır

“Trabzonspor” heyətinə daha bir ulduz futbolçu qatır

10.08.2026 Off By Füzuli İsmayılov

Türkiyənin “Trabzonspor” komandası heyətini daha bir ulduz futbolçu ilə gücləndirir.

Hakimiyyet.info.az “BEİN Sports”a istinadən xəbər verir ki, Qara dəniz təmsilçisi Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunda çıxış edən Darvin Nunyeslə anlaşıb. Uruqvaylı forvard avqustun 12-də Türkiyəyə gələrək, 1 illik icarə müqaviləsinə imza atacaq.

Nunyes daha əvvəl “Benfika” və “Liverpul” kimi tanınmış klubların formasını geyinib.

Qeyd edək ki, “Trabzonspor” bir neçə gün öncə Məhəmməd Salahla 2 illik müqavilə bağlayıb.

Share