Üç təşkilat FIFA və Canni İnfantinoya qarşı birgə bəyanat yayıb

Üç təşkilat FIFA və Canni İnfantinoya qarşı birgə bəyanat yayıb

10.08.2026 Off By Füzuli İsmayılov

UEFA, Şimali, Mərkəzi Amerika və Karib hövzəsi Futbol Konfederasiyası (CONCACAF), Asiya Futbol Konfederasiyası (AFC) FIFA və təşkilatın hazırkı prezidenti Canni İnfantinoya qarşı birgə bəyanat yayıb.

Hakimiyyet.info.az xəbər verir ki, açıqlamada futbola rəhbərlik etməyin şəxsi mülkiyyət olmadığı vurğulanıb.

“Bu, gücü əldə saxlamaq və ya onu başqalarından tələb etmək məsələsi deyil. Bu, özünə etimad göstərən futbol ailəsinə xidmət etmək vəzifəsidir. Etimad yalanla sarsıldıqda və bir şəxs özünü ona səlahiyyət verən kollektivdən üstün gördükdə bu vəzifə yerinə yetirilməmiş sayılır. Bu, oyunun qoruyucusu vəzifəsini daşıyan bir şəxsin davranışı deyil. Bu, oyunun özünün ona cavabdeh olmalı olduğuna inanan birinin davranışıdır. Futbolun gücü hər zaman onun birliyindən qaynaqlanıb. İndi isə bu birliyin qorunmasını, futbola xidmət edən və onu idarə etməyə çalışmayan liderlik anlayışının qəbul edilməsini tələb edirik”.

Qeyd edək ki, FIFA bir müddət öncə dünya çempionatı da daxil olmaqla, öz bayrağı altında keçirdiyi yarışlardakı paylarının özəl investorlara satılması imkanını nəzərdən keçirib. Lakin UEFA və digər futbol təşkilatlarının təzyiqindən sonra İnfantino bu təşəbbüsdən imtina edib. Bu vəziyyət ali qurumun rəhbərliyinə təzyiqləri artırıb və bir sıra milli assosiasiyaların quruma etimadının azalmasına səbəb olub.

FIFA-da prezident seçkiləri təşkilatın 2027-ci ilin martında Mərakeşdə keçiriləcək konqresində baş tutacaq.

Share