Şahbuzda yol qəzası olub, 1 nəfər ölüb

Şahbuzda yol qəzası olub, 1 nəfər ölüb

10.08.2026 Off By Füzuli İsmayılov

Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda 1 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şahbuz-Batabat magistralında “VAZ 21013” markalı avtomobilin aşması nəticəsində Şahbuzun Biçənək kənd sakini, 1950-ci il təvəllüdlü Əsli Cəlil qızı Cəlilova həyatını itirib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb ediliblər, faktla bağlı araşdırma aparılır.

Share