Filippində kəskin hava şəraitində azı 19 nəfər ölüb, yaralılar var

Filippində kəskin hava şəraitində azı 19 nəfər ölüb, yaralılar var

11.08.2026 Off By Füzuli İsmayılov

Filippində Luis və Maimai tropik siklonlarının yaratdığı güclü yağışlar və cənub-qərb mussonunun güclənməsi nəticəsində azı 19 nəfər ölüb.

Hakimiyyet.info.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə Filippin Mülki Müdafiə Agentliyi məlumat yayıb.

Bildirilib ki, hazırda 4 nəfərin taleyi də məlum deyil, 15 sakin isə xəsarət alıb.

Kəskin hava şəraiti ölkənin 10 bölgəsində 2,27 milyondan çox insana təsir göstərib. Təxminən 95 min nəfər təxliyə mərkəzlərinə yerləşdirilib.

Share