Rusiyanın Voronej şəhərinə dron hücumu nəticəsində bir nəfər ölüb
11.08.2026Rusiyanın Voronej vilayətində dron hücumu nəticəsində böyük bir şirkətə məxsus iki anbarda yanğın baş verib.
Hakimiyyet.info.az xəbər verir ki, bu barədə regionun qubernatoru Aleksandr Qusevin məlumatında bildirilir.
Onun sözlərinə görə, gecə saatlarında hava hücumundan müdafiə sistemləri tərəfindən Voronej vilayəti üzərində 15 dron vurulub. Novousmanski rayonunda vurulan dronlardan birinin qalıqları iki anbar obyektində yanğına səbəb olub.
Anbarlardan birində yanğın 16.000 kvadratmetr ərazini əhatə edib. İkinci obyektdə yanğınsöndürənlər 20.000 kvadratmetr ərazini əhatə edən alovu söndürməyə davam edirlər.
Dağıntılar nəticəsində üç nəfər xəsarət alıb. Onlardan biri – 49 yaşlı kişi xəstəxanada ölüb. Daha iki yerli sakin yaralanıb. Yaralılardan biri böyük logistika mərkəzində işləyir.
“Wildberries” bu yaxınlarda Voronej vilayətindəki logistika obyektlərinin təxliyə olunduğunu elan etmişdi. Yerli hakimiyyət bildirir ki, bütün bölgədə dron hücumu riski qalır.
Bundan əlavə, Komsomolsk-na-Amur neft emalı zavodunda yanğın baş verib. Yanğın bu müəssisədəki köməkçi avadanlıqlarda başlayıb və tez bir zamanda söndürülüb. Xəsarət alan olmayıb. Zərərli maddələrin icazə verilən maksimum konsentrasiyadan artıq olması faktı qeydə alınmayıb.











