Azərbaycanda muzdla çalışan işçilərin sayı açıqlanıb

Azərbaycanda muzdla çalışan işçilərin sayı açıqlanıb

11.08.2026 Off By Füzuli İsmayılov

Cari il iyulun 1-i vəziyyətinə ölkədə muzdla çalışan işçilərin sayı 1 milyon 787,4 min nəfər olub, onlardan 844,6 min nəfəri dövlət sektorunda, 942,8 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, muzdla çalışan işçilərin 18,8 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 17,8 faizi təhsil, 13,9 faizi sənaye, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,7 faizi tikinti, 6,1 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,9 faizi peşə, elmi və texniki fəaliyyət, 2,4 faizi maliyyə və sığorta fəaliyyəti, 2,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 15,1 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

Share