Astara gömrük postunda 25 kiloqramdan çox marixuana aşkar edilib 

Astara gömrük postunda 25 kiloqramdan çox marixuana aşkar edilib 

11.08.2026 Off By Füzuli İsmayılov

Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə – qurudulmuş marixuana aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, “Astara” gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiyaya “bibər” yükü aparan nəqliyyat vasitəsi stasionar rentgen qurğusu və kinoloji xidmət itinin tətbiqi ilə əsaslı yoxlamaya cəlb olunub.

Yoxlama zamanı bibər yüklənmiş yeşiklərin alt hissəsində, üzərləri bibərlə örtülərək gömrük nəzarətindən gizlədilən 55 ədəd dördbucaqlı formalı bağlama aşkar edilib. Bağlamalardan ümumi xalis çəkisi 25 kiloqram 75 qram olan qurudulmuş marixuana aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Share