FHN: Dənizkənarı Milli Parkda batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib
11.08.2026Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Dənizkənarı Milli Parkda bir nəfərin dənizdə batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.
FHN-dən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar dərhal nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunublar.
Həyata keçirilən operativ xilasetmə əməliyyatı nəticəsində dənizdə batma təhlükəsində olan 1998-ci il təvəllüdlü Rüfət İsrayıl oğlu İsmayılov dalğıclar tərəfindən sudan çıxarılaraq xilas edilib və aidiyyəti üzrə təhvil verilib.











