Fələstin Dövlətinin Prezidenti Türkiyəyə üçgünlük səfər edəcək

Fələstin Dövlətinin Prezidenti Türkiyəyə üçgünlük səfər edəcək

11.08.2026 Off By Füzuli İsmayılov

Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas Türkiyəyə rəsmi səfər edəcək.

Hakimiyyet.info.az xəbər verir ki, səfər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə təşkil olunub.

Yüksəksəviyyəli danışıqların avqustun 12-də keçirilməsi nəzərdə tutulur. Danışıqlar zamanı Yaxın Şərqdəki vəziyyətə xüsusi diqqət yetiriləcəyi gözlənilir.

Səfər avqustun 13-də başa çatacaq.

2024-cü il avqustun ortalarında Türkiyənin paytaxtı Ankaraya səfəri zamanı Fələstin Dövlətinin Prezidenti Türkiyə Böyük Millət Məclisinin növbədənkənar iclasında çıxış edərək yaxın vaxtlarda Qəzza zolağına səfər etmək niyyətində olduğunu bildirmişdi.

Share