Dağıstanda elektrik kəsintisi 5 mindən çox sakini işıqsız qoyub

Dağıstanda elektrik kəsintisi 5 mindən çox sakini işıqsız qoyub

12.08.2026 Off By Füzuli İsmayılov

Dağıstanın Çaradinski, Kaytağski və Daxadayevski rayonlarında təcili elektrik kəsintiləri baş verib.

Hakimiyyet.info.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin respublika üzrə Baş İdarəsi məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində üç bələdiyyə rayonunu əhatə edən 20 kənddə 5,6 min insan və 18 sosial əhəmiyyətli obyekt işıqsız qalıb.

Məlumata görə, avqustun 12-si Moskva vaxtı ilə saat 08:00-da qəzanın aradan qaldırılması və təcili təmir işlərinin aparılması üçün üç briqada səfərbər olunacaq.

Share