ABŞ qüvvələri Hörmüz boğazında daha bir gəmini sıradan çıxarıb
12.08.2026ABŞ Ordusunun Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazında İrana qarşı tətbiq edilən blokadanı pozmağa cəhd edən gəmiyə qarşı hərbi əməliyyat keçirildiyini açıqlayıb.
Hakimiyyet.info.az xəbər verir ki, CENTCOM-un yaydığı məlumata görə, Panama bayrağı altında üzən və Oman körfəzindən keçərək İrana doğru hərəkət edən “M/V Vela Nova” yük gəmisi ABŞ-ın xəbərdarlıqlarına məhəl qoymayıb. Gəminin mülki heyətinin xəbərdarlıqlara tabe olmamasından sonra ABŞ Hərbi Dəniz Qüvvələrinin MH-60 helikopteri tərəfindən gəminin mühərrik otağı istiqamətinə iki “Hellfire” raketi atılıb və nəticədə gəminin sükan mexanizmi sıradan çıxarılıb.
Açıqlamada gəminin artıq İrana doğru üzmədiyi və bölgədə blokadanın tam qüvvədə qaldığı vurğulanıb.
Mərkəzi Komandanlığın avqustun 11-nə olan statistikasında isə qeyd olunub ki, indiyədək blokadanı pozmağa cəhd edən 55 kommersiya gəmisinin marşrutu dəyişdirilib, 2 gəmi ələ keçirilib, 3 gəmi isə sıradan çıxarılıb.











