Rusiyanın Krasnodar diyarı dron hücumuna məruz qalıb: iki nəfər ölüb

Rusiyanın Krasnodar diyarı dron hücumuna məruz qalıb: iki nəfər ölüb

12.08.2026 Off By Füzuli İsmayılov

Rusiyanın Krasnodar diyarına kütləvi dron hücumu zamanı iki nəfər, o cümlədən səkkizyaşlı uşaq həlak olub.

Hakimiyyet.info.az xəbər verir ki, bu barədə regionun qubernatoru Veniamin Kondratyev bildirib.

Onun sözlərinə görə, Novorossiyskdə bir uşaq həlak olub, səkkiz nəfər yaralanıb. Temryuk rayonunun Volna kəndində isə bir kişi ölüb. Anapada iki nəfər, Gelencikdə daha iki sakin yaralanıb.

Dronların qalıqları çoxmənzilli binalar da daxil olmaqla 21 yaşayış binasına, habelə dörd müəssisənin ərazisinə düşüb. Təxminən 90 nəfər müvəqqəti yaşayış mərkəzlərinə yerləşdirilib.

Hadisə yerində təcili yardım və xüsusi xidmət orqanları işləyir.

Share