Novorossiyskdə dron qalıqları yaşayış binalarına dəyib, xəsarət alanlar var

Novorossiyskdə dron qalıqları yaşayış binalarına dəyib, xəsarət alanlar var

12.08.2026 Off By Füzuli İsmayılov

Novorossiysk şəhərində PUA-nın qalıqlarının altı yaşayış binasına, bir ticarət obyektinə və tikinti sahəsinə düşməsi nəticəsində xəsarət alanlar olub.

Hakimiyyet.info.az xəbər verir ki, Krasnodar diyarı əməliyyat qrupunun məlumatına görə, zərərçəkənlərə dərhal zəruri tibbi yardım göstərilib.

Həmçinin Temryuk rayonunun Volna kəndində dron parçasının şəxsi evin həyətinə düşməsi nəticəsində bir nəfər xəsarət alıb. Əməliyyat qərargahından bildirilib ki, insidentlərin baş verdiyi bütün ünvanlarda təcili yardım və digər xüsusi xidmət orqanları fəaliyyət göstərir.

Share