Türkiyənin Yalova vilayətində təlim təyyarəsi qəzaya uğrayıb

Türkiyənin Yalova vilayətində təlim təyyarəsi qəzaya uğrayıb

12.08.2026 Off By Füzuli İsmayılov

Avqustun 12-də Türkiyənin Yalova vilayətinin Çiftlikköy rayonunda F-16 təyyarəsinin təlim versiyası qəzaya uğrayıb.

Hakimiyyet.info.az Türkiyə mediasına istinadla xəbər verir ki, təyyarə Türkiyə Hərbi Hava Qüvvələrinin 18-ci aviabazasının yaxınlığında yerə düşüb.

İlkin məlumata görə, pilot katapult edib.

Qəza bölgəsinə tibbi yardım briqadaları və yanğınsöndürənlər göndərilib.

Hadisənin səbəbləri məlum deyil.

Share