Yevlaxda baş verən qəzada 2 nəfər ölüb, 5-i yaralanıb

Yevlaxda baş verən qəzada 2 nəfər ölüb, 5-i yaralanıb

13.08.2026 Off By Füzuli İsmayılov

Yevlax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Yevlaxın Salahlı kəndi ərazisində “Mercedes” və “Lifan” markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində “Lifan”ın sürücüsü Akif Hacıyev və onun qardaşı – sərnişin Sabir Hacıyev ölüb. Avtomobildə olan Akif Hacıyevin oğlu Əli Hacıyev, qardaşı oğulları – Elcan Hacıyev və Nihad Hacıyev, həmyerliləri Rza Xurşudov, eləcə də “Mercedes”in sürücüsü Aqsin Hüseynov xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır.

Share