Britaniyada qatarın relsdən çıxması nəticəsində 11 nəfər xəsarət alıb

Britaniyada qatarın relsdən çıxması nəticəsində 11 nəfər xəsarət alıb

13.08.2026 Off By Füzuli İsmayılov

Cənub-Şərq Sahil Təcili Yardım Xidmətinin məlumatına görə, Şərqi Sasseksdəki Lüis yaxınlığında qatarın relsdən çıxması nəticəsində 11 nəfər xəsarət alıb.

“Sky News”-un verdiyi məlumata görə, açıqlamada deyilir: “Bu mərhələdə iki xəstənin ciddi xəsarət aldığını təsdiqləyə bilərik. Daha doqquz xəstə isə daha yüngül xəsarətlər alıb. Xəstələr hadisə yerində müayinə və müalicə olunub. Bəziləri əlavə müalicə üçün yerli xəstəxanalara aparılıb”.

Londondan İstborna gedən qatarda təxminən 150 nəfər olub.

Share