Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
13.08.2026Avqustun 14-15-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
Bu barədə AZƏRTAC-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası, Cəbrayıl, Naftalan, Füzuli, Mingəçevir, Cəlilabad, Biləsuvar, Goranboy, Naftalan, Beyləqan, Şirvan, Salyan, Qobustan, Sabirabad, Neftçala, Hacıqabul, Xaçmaz, Siyəzən, Şabran, Quba, Xızı, Qusarda sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti saniyədə 13.9-20.7 metr təşkil edəcək.











