Qahirədə ticarət mərkəzində partlayış olub – 3 nəfər ölüb, 17 nəfər yaralanıb

Qahirədə ticarət mərkəzində partlayış olub – 3 nəfər ölüb, 17 nəfər yaralanıb

14.08.2026 Off By Füzuli İsmayılov

Qahirənin şərqindəki “Arabella Plaza” ticarət mərkəzində helium balonunun partlaması nəticəsində 3 nəfər ölüb, 17 nəfər yaralanıb.

Hakimiyyet.info.az Misirin Səhiyyə Nazirliyinin məlumatına istinadla xəbər verir ki, bütün zərərçəkənlər artıq xəstəxanaya yerləşdirilib.

Daxili İşlər Nazirliyi hadisənin hədiyyə mağazasında baş verdiyini və partlayış nəticəsində yanğın olduğunu bildirib. Nazirlik əlavə edib ki, yanğın söndürülüb və təhlükəsizlik qüvvələri hadisənin səbəblərini araşdırır.

Share