Media: Husilər Səudiyyə Ərəbistanında “Saudi Aramco” şirkətinin neft emalı zavoduna zərbə endiriblər

Media: Husilər Səudiyyə Ərəbistanında “Saudi Aramco” şirkətinin neft emalı zavoduna zərbə endiriblər

14.08.2026 Off By Füzuli İsmayılov

Yəmən husiləri Səudiyyə Ərəbistanının Cizan şəhərində “Saudi Aramco” şirkətinə məxsus neft emalı zavoduna zərbə endirdiklərini bildiriblər.

Hakimiyyet.info.az xəbər verir ki, bu barədə SABA agentliyi mənbəyə istinadla məlumat yayıb.

Mənbənin sözlərinə görə, zərbə iki pilotsuz uçuş aparatı ilə endirilib.

Daha əvvəl husilərin Qırmızı dəniz sahilində yerləşən Moha limanına raket və pilotsuz uçuş aparatları ilə zərbə endirdiyi barədə məlumat yayılmışdı.

Share