Yasamal və Suraxanının bəzi hissələrində elektrik enerjisinin verilişində fasilələr yaranacaq
14.08.2026Avqustun 14-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində Transformator Məntəqəsində (TM) təmir işi aparılacaq.
“Azərişıq” ASC-dən AZƏRTAC-a bildirilib ki, bununla əlaqədar saat 10:00-dan 13:00-dək Ələsgər Ələkbərov, Məmməd Rəhim, Landau, Qurban Xəlilov küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Suraxanı RETSİ-nə daxil olan 35/6 kV-luq “BMTZ” yarımstansiyasında yenidənqurma işləri həyata keçiriləcək. Planlı fasilə saat 11:00-dan 14:00-dək Səttar Bəhlulzadə, İlqar Məmmədov, Bülbülə, Vüqar Bədəlov küçələrinin bəzi ərazilərini əhatə edəcək.
Görülən işlər yekunlaşdıqdan sonra adıçəkilən ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.











