Ötən ay aylıq sosial müavinət və təqaüd alanların sayı açıqlanıb

Ötən ay aylıq sosial müavinət və təqaüd alanların sayı açıqlanıb

14.08.2026 Off By Füzuli İsmayılov

Cari ilin iyul ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 876,1 min nəfər olub.

Bu barədə AZƏRTAC-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Bildirilib ki, onların 471,1 min nəfərini aylıq sosial müavinət, 405 min nəfərini isə təqaüd alanlar təşkil edib.

Share