Göyçayda zəncirvari yol qəzası olub, 5 nəfər xəsarət alıb 

Göyçayda zəncirvari yol qəzası olub, 5 nəfər xəsarət alıb 

14.08.2026 Off By Füzuli İsmayılov

Göyçay rayonunda üç minik avtomobilinin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yol qəzası rayon mərkəzində qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan üç minik avtomobilinin toqquşması nəticəsində avtomobillərdə olan 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Onlar Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Share